Ekspress avtobus marşrutlarında dəyişiklik

İyun ayının 20 və 21-i keçiriləcək Bakı 2015 Yol Velosiped Yarışı ilə əlaqədar olaraq, 6 ekspres avtobus marşrutlarına – X14, X15, X16, X18, X19, X20 müəyyən dəyişikliklər ediləcək.

Virtualaz.org-un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, 20 iyun (05:30-dan 21:00-dək) və 21 iyun (03:30-dan 21:00-dək) X14, X15, X16, X18, X19, X20 ekspres avtobusları 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsinə yaxın olan İçərişəhər metro stansiyasından istifadə etmələri tövsiyə olunur.

Ekspres avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan əvvəlki qaydada bərpa olunacaq.

COMMENTS