Əməkdar artist Abbas Bağırov “Gündəlik” verilişinin qonaqı olur Gecce.az xəbər verir ki,verilişdə qonaq olan sənətçi müğənnilərə pul xərcləyən sponosrlardan danışıb.
“İlk gündən mənim yanımda Ənvər Sadıqov kimi,gözəl dost və musiqiçi olub.Sağolsun bəzi dostlarım,bu günə qədər mənə həm mənəvi,həm də maddi dəstək olublar.Bunu mən gizlədə bilmərəm.O dostlarım bunları mənə,təmənnasız edib.Mən hər zaman dostlarımla fəxr etmişəm.Bu sponsorluq deyil.Sponsorlar cürbəcür olur.Bu günə qədər mənim şəxsi malımı,avtomobilimi mənə ya kimsə alıb ya da hədiyyə etməyib.Bəzi sponsorlar isə müğənniyə klip çəkdirir,avtomobil alır.Həmin sənətçi sponsorun şəxsi məhsulu olur.Sabahda həmin adam onu bir məclisə çağıranda və müğənninin ora getməyə vaxtı olmayanda,hədiyyə etdiyi hərşeyi geri alır”.

COMMENTS