Top.Mail.Ru

Elçi Bəy yolunun davamçısı demokratik camiəyə üz tutdu-MÜRACİƏT

Elçi Bəy yolunun davamçısı demokratik camiəyə üz tutdu-MÜRACİƏT

Xoş gələcəyimiz naminə, deputatlığa layiqli namizəd Oqtay Qasımova bu gündən dəstək olaq!

Azərbaycanda növbədənkənar parlament seçkilərinə qatılanlar arasında diqqətimizi çəkən namizədlərdən biri də, Milli Azadlıq Hərakatının lideri, mərhum Prezident Əbülfəz Elçi Bəyin köməkçisi olmuş Oqtay Qasımovdur. Onun namizədliyi 18 saylı Nərimanov-Nizami Seçki Dairəsində qeydə alınıb.

Məlumat üçün bildirək ki, Oqtay bəy, Əbülfəz Elçi Bəyin yolunda büdrəmədən irəliləyən xalq hərəkatçılarından biri, ictimai-siyasi fəaliyyətində bu yolu əbədi olaraq özünə düz xətt kimi seçən, bütün zamanlarda milli dövlətçilik, müstəqillik ideya, amal və əqidəsinə sadiqlik nümayiş etdirən Oqtay bəy, bizim inanib, etibar etdiyimiz, etimad göstərdiyimiz millət vəkili ola bilər. Belələrinə dəstək olub, deputat kürsüsünə gətirmək, həm də xalqın uduşu olar, bununla yanaşı, Vətəninə, millətinə sadiq ziyalımıza, xalq hərəkatcısına mübarizə yolu açmış olarıq. Bu yerdə, onu da tam əminliklə deyirik ki, Elçi Bəy məktəbini keçən Azərbaycan vətəndaşlarından xalqımıza heç vaxt ziyan gəlməz. Əksinə, tam əmin olmalıyıq ki, o, millətimizin haqq və hüquqları uğrunda mübarizəsini ali qanunverici orqanın yüksək tribunasında səsləndirməklə, daim qoruyacaq.
Oqtay bəyin, millətimizin mənafeyi üçün vacib və önəmli olan bu məsələ ilə bağlı fikirlərinin toplusu olan seçki platformasında da, deyilənlər öz əksini açıq-aydınca tapıb. Onun qısa şəkildə təqdim edəcəyimiz bu fikirləri də, dediklərimizə bir işarədir:

— İndi seçki prosesində növbəti çətin mərhələ başlanıb. Seçki qərargahımızın iş rejimində də ciddi dəyişikliklər etmişik. İşimizi dəfələrlə artırıb, bu işləri vaxtında başa çatdırmaq, uğurlu seçki kampaniyası həyata keçirmək üçün, hətta seçki texnologiyalarını, müşahidəçilk sistemini, təbliğat işlərini yaxşı bilən və işimizə real dəstək vermək istəyən təcrübəli mütəxəsissləri də, seçki qərargahımızda bizimlə bir olmağa dəvət edirəm. Real dəstək olacağı halda, seçki kampaniyasında sizinlə bərabər böyük uğurlar qazanacağımıza indidən tam əminəm. Dəvətimizi qəbul edənlər, bizim bu telefonumuza zəng edə, yaxud mesaj yaza bilərlər: 077-311-54-17. Kömək etmək istəyən hər kəsə oncədən təşəkkür edirəm.”

Dostlar, əziz və dəyərli qardaş və bacılar! Hesab edirik ki, Elçi Bəyin müəyyən etdiyi şərəfli yolda büdrəmədən irəliləyən, onun əqidəsinə sadiq insanların çağırışına səs verib, onlara dəstək olmaq, birbaşa azad, demokratik və firavan Azərbaycanda yaşamaq arzularımızın indidən çin olması deməkdir.

GundemXeber.Az

COMMENTS