Eldəniz Quliyev: “Ana yasamızda Azərbaycan Respublikasının demokratik, hüquqi, unitar məmləkət kimi qeyd olunmasını heç kəs unutmamalıdır”
“Əli İnsanovla bağlı onu deyə bilərəm ki, Azərbaycan hakimiyyəti, imzaladığı və boynuna götürdüyü beynəlxalq öhdəlik və müqavilələrə əməl etməli, hüquqi kazus yaratmadan Avropa məhkəməsinin qərarını qeyd-şərtsiz icra etməlidir”. Bunu dosye.org-a açıqlamasında El Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev İntiqam Əliyevin həbs müddətinin bitməsinə rəğmən buraxılmaması ilə bağlı daışarkən deyib. Onun sözlərinə görə, hər həs mövcud qanunvericiliyə riyaət etməlidir: “Heç kim unutmamalıdır ki, ana yasamızda Azərbaycan Respublikası demokratik, hüquqi, unitar məmləkət kimi qeyd edilib və bu statusa zərər vura biləcək istənilən yanaşmadan uzaq olmaq gərəkdir!”.
Eldəniz Quliyev hüquqşünas İntiqam Babayevlə bağlı məsələyə tamam başqa mövqedən yanaşdı: “İntiqam müəllimin dəmir barmaqlıqlara salınması, onun məhkəməyə az qala havasız tabuta bənzər, havasız “qutu”da gətirilməsi-biabırçılıq, qəsd və qisasçılıqdır. Özünə bir tikə hörməti olan hakimiyyət 100 minlərlə insanın hörmət bəslədiyi bir şəxsiyyəti bu sayaq alçaltmamalıdır. Penitensiar xidmətin ziyalı bir insana bu sayaq qeyri-humanist, qeyri-insani münasibət sərgiləməsi həmin xidmətin iyrənc mahiyyətini ortaya qoyur”.
Ülkər Musazədə
Dosye.org
COMMENTS