Eldəniz Səlimovun şikayəti təmin edilmədi

Eldəniz Səlimovun şikayəti təmin edilmədi

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Milli Məclisin deputatı Eldəniz Səlimovun apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Eldəniz Səlimovun apellyasiya şikayəti təmin olunmayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin Eldəniz Səlimov 2 il 6 ay müddətinə dövlət və yerli icra orqanlarında vəzifə tutmaqdan məhrum olunub.

Hökmdə qeyd olunub ki, Eldəniz Səlimovun ddeputat toxunulmazlığına da xitam verilib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, ötən il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

DOSYE.ORG

COMMENTS