Eldar Əzizovun tikdiyini Zakir Fərəcov sökdü

İyunun 5-də Sumqayıt şəhərində Bayraq Meydanında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin böyük portreti olan plakat yanmışdı. Yanğın nəticəsində plakat yararsız hala düşmüşdü.

Yanğına səbəb plakatın penoplas materialdan olması bildirilirdi.Bir müddət keçdikdən sonra həmin ərazidə plakatın bərpa olunması üçün yenidən tikinti işlərinə başlanıldı.

Amma Eldar Əzizovun öz postunu tərk etməsi ilə tikintinin başa çatdırılması yarımçıq qaldı.Bu gün səhər saatlarında həmin yarım tikilinin söküntü işlərinə başlanılıb.

COMMENTS