Eldar İbrahimov: “Türkiyədə prezident seçkilərində fəallıq yüksək səviyyədədir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərini müşahidə edir.

 

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsvermə prosesini müşahidəyə İstanbulun Çamlıca bölgəsindəki seçki məntəqələrindən başlayıb.
E.İbrahimov bildirib ki, səsvermə yaxşı təşkil olunub və seçicilərin fəallığı yüksəkdir. Türkiyədə ilk dəfə olaraq prezidentin ümumxalq səsverməsi ilə seçilməsi tarixi hadisədir. Səsvermə başlayandan bəri məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlinməyib. Müxtəlif partiyaları təmsil edən nümayəndələr tərəfindən şikayət edilməyib.(AzərTAc)

COMMENTS