Eldar Mahmudova cinayət işi açılır: ÜÇ MADDƏ ÜZRƏ

Yaxınlarda rütbəsi və medalları əlindən alınacaq sabiq nazirin bütün varidatından siyahı tuturlar, müsadirə ediləcəklər

Sabiq MTN şefinin varidatını siyahıya almağa başlayıblar. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, hazırda ev dustağı olan Eldar Mahmudovun bütün əmlakı, obyektləri və gəlir yerləri haqqında müfəssəl məlumatlar toplanlaraq, dosye halına salınır. Burada tək məqsədin həmin gəlir yerləri və əmlakların müasdirə edilməsidir.

Mənbə bildirib ki, Eldar Mahmudoval bağlı hakimiyyət hələlik səbr edir, proseslərin bir qədər durulmasını gözləyir. Bundan başqa, MTN-də də tam strukturlaşmanın başa çatdırılmasına qədər səbr etmək niyyətindədir. İdda edilir ki, bu proses ən geci noyabrın ortalarına qədər çəkməlidir və ardından ikinci “dalğa” gələcək.

Məlumat verən mənbənin sözlərinə görə, sabiq nazirə üç maddə üzrə cinayət işi açılacaq. Onlardan biri vəzifə səlahiyyətlərindən sui-istifadə, digəri dövlətə xəyanət, üçüncüsü isə korrupsiya əməlləri ilə bağlı olacaq. Elə əmlakla bağlı aparılan araşdırma və siyahıyaalma da həmin maddə üzrə qaldırılmış cinayət işinin yekununda varidatının müsadirə edilməsi ilə nəticələnəcək.

Qeyd edilir ki, əgər bu prose baş verərəsə, o zaman Eldar Mahmudovun general rütbəsi, indiyə qədər aldığı orden və medallar, hətta təltif edildiyi fəxri fərmanlar belə əlindən alınacaq.

COMMENTS