Eldar Mahmudovun incitdiyi iş adamı özünə qəsd etdi

Eldar Mahmudovun incitdiyi iş adamı özünə qəsd etdi

Bakıda iş adamı özünü asdı. 

 Dosye.org xəbər verir ki, Maştağa qəsəbə sakini iş dünyasında Əlihüseyn Maştağalı kimi tanına iş adamımayın 11-nə keçən gecə özünü asıb. Buna səbəb iş adamının külli miqdarda borca düşməsi olub. Dosye.org-un əldə etdiyi məlkumata görə,  1995-ci ildən iş dünyasında olan  46 yaşlı Əlihüseyn əvvəllər “kolbasa  işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. Əlihüseyn əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər və siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə  sahib olan şəxs imiş. O, ölkədə fəaliyyət göstərən digər iş adamları üçün də siqaret və spirtli içkilər gətirməklə məşğul  olub.

Ancaq MTN-nin sabiq şefi Eldar Mahmudovun ölkədəki digər iş adamları kimi incitməsi  bu şəxsdən də yan keçməyib. Deyilənə görə, ilyarım bundan öncə E. Mahmudovun adamları Əlihüseynin nə az nə çox düz yarım milyon manatını alıblar. Əldə edilən məlumat bundan ibarətdir.  Deyilənə görə bundan əlavə olaraq bir neçə dəfə ondan külli miqdarda pul alınıb.  İş bununla bitməyib E. Mahmudovun adamları onun buznes fəaliyyətinə mane olmağa başlayıblar. 

Yuxarıda qeyd etdiyimiz kimi Ə. Maştağalı ölkəyə təkcə özü üçün deyil, digər iş adamları üçün  lazım olan spirtli içki və siqaret gətirib. İş adamları ona külli miqdarda pul veriblər ki, onlarla mal gətirsin, ancaq onun fəaliyyətinə maneçilik törədildiyindən iş adamlarına vaxtında mal gətirə bilməyib. Əlində olan pulu isə başqa işlərə xərcləyib. Bundan sonra Əlihüseyn başlayır müflisləşməyə və borca düşməyə.

 Bir məqmaı da qeyd edək ki, onun banklara da külli miqdarda  kredit borcu olduğu bildirilir.

İş adamının bakrota düşməsinə digər səbələr isə ölkədəki manatın devalvasiyası və spirtli içkilər və tütün məmulatlarının satışı ilə bağlı   yeni qaydaların tətbiqi olub. Bundan sonra iş adamı daha pis  borclanmaya gedib. O nə borcluların pulunu qaytara bilib, nə dəki, borcu olan şəxslərdən pul ala bilib. Neəc deyərlər başlayıb “Əlinin papağını Vəlinin başına qoymağa, Vəlininkini dəƏlinin” prinsipinaə üstünlük verməyə. Ancaq bu da işə yarımayıb. Çünki borclular borcunu istəyib və bu da verə bilməyib.

Vəziyyətdən çıxış yolu kimi özünü  asmaqda görüb.

 Dosye.org-a o da bəlli olub ki, dünən mərhum iş adamının dəfn mərasimi də qalmaqalı keçib. Belə ki, bütün borclular mərhumun dəfn mərasiminə toplanaraq onların borclarının taleyinin encə olacağını tələb ediblər. Hətta vəziyyət o həddə çatıb ki, borclular mərhumun dəfninə imkan vermirmişlər. Sonda  axund və kənd ağsaqqallarının işə qarışmasından sonra mərhum dəfn edilib. Deyblər ki, artıq o ölüb indi ondan nəsə tələb etmək və dəfn eməməyə imkan verməyin mənası yoxdur. Qoy dəfn edilsin problem isə onun yaxınları ilə müzakirə edilsin.

 Işadamı ailəli olsa da övladı olmayıb. Bacıları və qardaşı da dünyasını dəyişib. Bacısı oğlanlarından başqa kimsəsi yoxdur.

Həyat yoldaşı da evdar qadın olduğundan onun işlərində xəbərsizdir. Bax acınacaqlı durum bundan ibarətdir.

İndi mərhuma borcu olanlar da  deyir ki, onun bizə borcu var idi. İndi belə bir ciddi durum yaranıb.

Dosye.org

COMMENTS