Elgiz “Planet Parni iz Baku”nu yıxıb-sürüdü – Onlar isə…

Elgiz “Planet Parni iz Baku”nu yıxıb-sürüdü – Onlar isə…

Xəbər verdiyimiz kimi, “ARB TV”nin məhşur siması, aparıcı Elgiz Əkbər qonaq olduğu verilişdə onu parodiya edənlər siyahısında yalnız “Planet Parni iz Baku” KVN Teatrı  kollektivi ilə bağlı sərt fikirlər səsləndirib.

“Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan?  Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə, o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?” – deyə E. Əkbər demişdi.

“Yeni Sabah” məsələ ilə bağlı “Planet Parni iz Baku” komandasının üzvləri ilə danışmaq istəsə də, onlar bundan boyun qaçırıblar. KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanova zəng etsək də, o, mövzu barəsində şərh verməyəcəyini qəti şəkildə bildirib.

Bundan sonra həmin səhnədə rol alan əməkdar artist Əkbər Əlizadə ilə də telefon əlaqəsi yaratdıq. “Mən başqası ilə bağlı heç bir suala cavab vermirəm”, – deyən aktyor da məsələ barədə fikir bildirməkdən boyun qaçırıb.

Xatırladaq ki, “10 Line Yubiley” adlı konsertdə yer alan səhnədə teleaparıcı Elgiz Əkbər “Elqız, Elqaz” deyilərək gülüş hədəfinə çevrilmişdi. Həmin görüntüləri təqdim edirik.

DOSYE.ORG

COMMENTS