İKT və PR sahəsində mütəxəssis, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.
“DOSYE.ORG” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə gənc xanımın onkoloji xəstəlikdən vəfat etdiyi bildirilir.
E. Mustafayeva hələ bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 uğurlu sima arasında yer almışdı.
Ellada Mustafayeva PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malik idi. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer almışdı.
Allah rəhmət eləsin!
COMMENTS