Top.Mail.Ru

Elman Nigaran: “Türkiyə dövləti heç bir halda böyük qardaşlığı nəzərə almadı”

Elman Nigaran: “Türkiyə dövləti heç bir halda böyük qardaşlığı nəzərə almadı”

Türkiyə və Azərbaycan dövlətlər arasında əlaqələr elə yüksək səviyyədədir ki, hətta qardaşlıq və qohumluq tellərinə toxunacaq  ikinci bir quvvə, bir millət iki dövlət prinsipinə xor baxa bilməz.

Ölkəmizdə yaşayan  qardaş Türkiyə dövlətinin vətəndaşları heç də özlərini yad ölkədə hiss etmir, əksinə dilimiz və dinimiz eyni olduğunu nəzərə alıb daha yaxşı münasibət qurur, bu münasibətərin qohumluq əlaqələrinə qədər uzanmasının şahidi olmuşuq. Eyni ilə qardaş Türkiyədə yaşayan Azərbaycanlılar da hüquqi dövlətdə yaşadıqlarını dərk edir, bütün sahələr üzrə əməkdaşlıq etməklə iki dövlətin qardaş münasibətlərinin daha da yaxşılaşması istiqamətində təqdirəlayiq işlər görür. Əlbətdə ki, kommersiya, iqtisadi, texniki məsələlər  möhkəm təməl üzərində qurulmasaydı, indiki səviyyədə inanılmaz uğurlara nail ola bilməzdik.

Təbii ki, iki dövlət başçılarının qardaşlıq münasibətləri  düşmənlərimizə, eyni zaman da torpaqlarımızı işğal edən Ermənistan dövlətini bərk qıcıqlandırır. Məlum məsələdir ki, ölkəmiz zəngin dövlətlər sırasında ən qabağcıl, inkişaf etmiş dövlət olaraq bir sıra Avropa ölkələrinə nümünə göstərilir. Əlbətdə ki, Azərbaycan dövlətinin atdığı düşünülmüş addımları qeyd etməmək haqsızlıq olar. Təkən olaraq dövlətimizə dəstək nümayiş göstərən iş adamlarının xidmətləri və onların ölkə vətəndaşlarına göstərdiyi maliyyə yardımları da bir növ yüksək qiymətləndirir. Bu günlərdə tanınmış azərbaycanlı iş adamı “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov İstanbul Baş Prokurorluğunun qərarı ilə həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Azərbaycanı sevən, bütün imkanlarını vətəninə qurban verən belə bir şəxsin müəmmalı həbsi  bizləri sarsıdıb.

Elə bir ailə üzvü ola bilməz ki, Mübariz Mənsimovun azadlığı üçün Ulu Tanrıya dualar etməsin. Varlığımızla isbat edirik ki, iş adamına qarşı irəli sürülən ittihamlar inandırıcı deyil. Mübariz Mənsimovu gah FEDÖ ilə əməkdaşlıqda , gah da digər fərziyələrlə adına qara yaxağmaq bir növ onu nüfüzdən salmaq üçün planlaşdırılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar. Daha sonra milyonların sevimlisinə çevrilən Mübariz bəyi ermənilərlə iş birliyində suçladılar. Əvvəla azərbaycanlı iş adamının Türkiyə dövləti üçün nə qədər önəmli bir sima olduğu nəzərə alınmayıb. Bir faktı diqqətinizə çatdırım ki, həbsin sifarişli olub, olmadığını zaman göstərəcək. Unutmayaq ki, hər ağıllı kafanın bir müdrük sahibi var. Onun qardaş ölkəyə yatırdığı sərmaya sözünhəqiqi mənasında bizim üçün qurur hissi doğururdu. İş adamının həbsxanadan yazdığı məktubun bir qismini ürək ağrısı ilə sizndə diqqətinizə çatdırıram.

Ərdoğanın sözü ilə pullarımı Türkiyəyə daşıdım, İsveçirə vətəndaşlığından imtina etdim və Türkiyə vətəndaşlığını seçdim.  İndi sizdən soruşuram: ƏCƏBA MƏN YANLIŞMI YAPDIM?

Hər bir azərbaycanlının sevimlisinə çevrilən Mübariz Mənsimov qardaş Türkiyədə təhsil alan neçə-neçə tələbələrə dəstək olub, onların problemlərinin həlli istiqamətində səylə çalışıb. Bunlardan əlavə ölkəmizdə imkansız ailələrə, xəstə insanlara dəstək olub. Mübariz bəyi doğma ölkəsinə bağlayan məhz onun vətənpərvərliyidir, mərdliyidir və nəhayət türkçülüyüdür. Əfsüslər olsun ki, qardaş ölkə bildiyimiz Türkiyə dövləti heç bir halda kiçik, mənəviyyətçə böyük qardaşlığı nəzərə almadı. Elinə-obasına, bir sözlə vətəninə bağlı şəxsə necə qıymaq olar?

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Türk mətbuatı iş adamına sanki düşmən kəsilib. Böhtan və iftiralarla dolu tirajlanan məqalələr bizlər tərəfindən nifrətlə qarşılandı. Hətta koronavirus kimi həmən şantaj, böhtan xarakterli məqalələr ölkəmizin mətbuatına sıçradı. Amma yer üzərinin sahibi Ulu Tanrı heç zaman haqq tərəfdaşını darda qoyamaz. Ümüd edirik ki, mərhəmətli olduğunuzu nümayiş etdirib milyonlarla Azərbaycanlını sevindirəcəksiniz.

Hal-hazırda səhətində ciddi problemləri olan Mübariz Mənsimovun üzərinə getmək, əmlakına əl uzatmaq AZƏRBAYCANIMIZA xəyanət etmək kimi qəbul edirik. Bəyan edirik ki, mənfur qonşularımız tərəfindən işğal olunan 20% torpağlarımız qədər ağır bir dərdlə üzləşdik. Bunun nə qədər ciddi bir məsələ olduğunun fərqində olmaya bilərsiniz. İnana bilmərik ki, bütün sahələrdə sıx münasibət quran iki doğma qardaş bir-birlərinə xəyanət etsin. Əgər doğrudanda bunu özünüzə rəva görürsünüzsə o zaman öz adınızdan, yəni türk qardaşlarımızın adından etməyin, düşmənlərimizi sevindirməyin.

Doğrudanda “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov FETÖ ilə əməkdaşlığı sübüta yetiriləcəksə, bütün Mübariz sevənlər sizə minnətdar olacaq. Və terror təşkilatı ilə əlbir olanların ifşa etmək istiqamətində sizə və qardaş Türk dövlətinə uğurlar diləyirik.

Hörmətlə, Elman Nigaran

COMMENTS