Elman Paşayevin vəkillik statusu ləğv edildi

Elman Paşayevin vəkillik statusu ləğv edildi

Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayevin vəkillik statusu ləğv edilib.

“Dosye.org” bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Məlumata görə, qərar Şimali Osetiya Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil E. Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib. Nazirlik E. Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib.

E. Paşayevlə yanaşı nazirlik vəkil A. Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Xatırladaq ki, E. Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.

DOSYE.ORG

COMMENTS