Elman Rüstəmov axtarışa veriləcək?- YENİLƏNİR

Elman Rüstəmov axtarışa veriləcək?- YENİLƏNİR

pul.jpg

Mərkəzi Bankın rəhbərilə bağlı ilginc iddia

 

Mərkəzi Bankın rəhbəri Elman Rütəmov axtarışa verilə bilər. Bu barədə əldə etdiyimiz məlumatda iddia olunur ki, Elman Rüstəmovun da adı keçən cinayət işinin məhkəmə istintaqında onun da dindirilməsi tələb olunur. Söhbət Avstriyanın paytaxtı Vyanada keçirilən “rüşvət məhkəməsi”ndən gedir. 
Məlumatda deyilir ki, bu ilin sentyabrında Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi qarşısında qaldırdığı məsələlərdən biri də E.Rüstəmovun Vyana məhkəməsində dindirilməsi ilə bağlı olub. 
Lakin E.Rüstəmov məhkəmənin çağırışlarına bu günə qədər məhəl qoymayıb. Hazırda baş bankirin Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə dindirilməsi məsələsini hakimiyyət çevrələrində ciddi müzakirə edildiyi barədə məlumatlar var. 
Cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə rüşvət əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb. Bu cinayət işi ilə bağlı Avstriyada ümumilikdə 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, pul əskinaslarının çapına məsul Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.
Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. Vyana prosesində müttəhimlər Azərbaycan tərəfdən bu cinayətin iştirakçılarının adını məhkəmədə çəkməkdən qorxduqlarını bildiriblər. 
Lakin sənədlər, bağlanmış müqavilələrdə baş bankirimizin, onun müavinin imzaları var. Məhkəmə heyəti bunu əsas gətirərək hər 2 şəxsin dindirilməsini zəruri hesab edib. 
Hazırda məhkəmə araşdırmasının mövzusu olan bu olay zamanı A.Məlik-Aslanov Elman Rüstəmovun müavini olub və birbaşa yeni manat çapına cavabdehlik daşıyıb. O, yeni pulların sifarişinə, daşınmasına və qəbuluna birbaşa cavabdeh şəxs olub. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat küpürləri Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb. Dövriyyəyə buraxılacaq yeni manatlar xüsusi paddonlarda olub. Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib. Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.
“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” – deyə qadın bildirib.
Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “meşoklarına” doldurlub və Bakıya yola salınıb. 
İş üzrə təqsirləndirilən şəxslərdən birinin E.Rüstəmov və onun müavini haqda ifadə verəcəyi təqdirdə, baş bankirin İnterpol vasitəsil ilə axtarışa veriləcəyi də istisna olunmur.

Dosye.org

COMMENTS