Elmira Axundovanın oğlu həbs oluna bilər – Oqtay Əsədovun pullarını Rusiyaya qaçırdığına görə

Elmira Axundovanın oğlu həbs oluna bilər – Oqtay Əsədovun pullarını Rusiyaya qaçırdığına görə

Deputat Elmira Axundovanın yenidən oğlu ilə başı dərddədir. Başı seçkilərə qarışan xanım deputatın oğluna görə mandatsız qalması ehtimalı böyükdür

Bu barədə AzFakt.com-u məlumatlandıran mənbəninin sözlərinə görə xanım deputatın oğlu Həbib Axundovun həbs olunması gündəmdədir.

Qeyd edək ki, bu gün «Yeni Müsavat» qəzeti də deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dələduz əməlləri ələ bağlı prezidentə şikayət olunması ilə bağlı məlumat dərc olunub. Qəzetin yazdığına görə deputatın və oğlunun adı 8 milyonluq dələduzluq işində keçir. Şikayətçilər Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovun dostu Elnur İbrahimovla yaratmış olduqları maliyyə fırıldağı piramidasının qurbanlarıdır.

AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə şikayətçi Ziya Vəliyev Milli Məclisin sədri Oqtay Əsədovun qohumudur və spikerə məxsus bir sıra şirkətlərdə çalışıb. Həbib Axundovla yaxın dost olan Ziya Vəliyev dosta etibarının qurbanı olub. Belə ki, Həbib Axundova etibar edən Ziya Vəliyev Oqtay Əsədovun şirkətlərinin pullarını Həbib Axundova verib. Mənbə bildirir ki, həmin vaxt baş verənlərdən Elmira Axundovanın da xəbəri olub.

Çünki xanım deputat oğluna görə zamin durub. Ancaq bir qədərdən sonra məlum olub ki, 8 milyon manat vəsait Rusiyaya keçirilib. Pulları Rusiyaya qaçıran isə, Həbib Axundovun şəriki və Səhiyyə naziri Oqtay Şirəliyevin qohumu olub. Bir müddət Həbib Axundov pulların ondan gizli şəkildə ölkdən çıxarıldığını iddia etsə də, sonradan bu işdə əli olduğu ortaya çıxıb.

Ziya Vəliyev pulların qaçırıldığını uzun müddət Oqtay Əsədovdan gizlətməyə çalışıb. Buna görə o, bir çox banklardan külli-miqdarda kredit götürüb. Lakin kreditləri ödəyə bilmədiyi üçün Ziya Vəliyevin bütün ailəsi və yaxın qohumları pis vəziyyətə düşüblər. Müflis olan ailə çıxış yolunu artıq Oqtay Əsədova vəziyyəti olduğu kimi anlatmaqda görüblər.

Mənbə bildirir ki, məhz Oqtay Əsədova vəziyyəti anlatdıqdan sonra prezidentə müraciət olunub. Hazırda isə deputat Elmira Axundovanın oğlu Həbib Axundovun həbsi gözlənilir. Buna baxmayaaq qeyd olunur ki, Elmira Axundova bütün imkanlarını və əlaqələrini işə salaraq oğlunun həbsini önləməyə çalışır.

Vəziyyətdən tək çıxış yolu isə iki il əvvəl Rusiyaya qaçırılmış 8 milyonu geri gətirməkdir. Lakin bu az inandırıcı görünür. Buna görə də, Həbib Axundovun həbsi haqqında qərar hər an verilə bilər. Digər tərəfdən Elmira Axundovanın da mandatdan məşrum olunması istisna olunmur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS