Elnarə Xəlilovaya sürpriz etdilər

Elnarə Xəlilovaya sürpriz etdilər

“Döngə” qrupu müğənni Elnarə Xəlilovanın 2000-ci illərin əvvəlində oxuduğu “De” mahnısını yeni versiyada hazırlayıb.

Axşam.az xəbər verir ki, qrupun solistləri Nərmin və Fərid mahnıda yeni vokal xarakteri təqdim edərək orijinal kompozisiyanın ruhunu qoruyublar.

“Biz bu musiqini bu gün müasir rok kontekstində necə səslənə biləcəyini göstərmək istəyirdik. Ümid edirdik ki, ona yeni nəfəs verərək yeni nəsil dinləyicilər üçün  daha cəlbedici edəcəyik” deyə, musiqiçilər bildiriblər.

Əlavə olunub ki, musiqiçilər E.Xəlilovaya əvvəldən xəbər etməyib, ona sürpriz hazırlayıblar.

COMMENTS