Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, nurçu qalmaqalına görə istefaya göndərilən Elşad İsgəndərov sükutu pozub.
Axar.az-ın xəbərinə görə, xeyli vaxtdır mətbuatda görünməyən keçmiş komitə rəhbəri Avropada islamofobiyadan, Fransada “Şarli Hebdo” hadisəsi konteksində proseslərdən danışıb.
Hazırda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri olan E.İsgəndərov Türkiyənin nüfuzlu “24 TV” telekanalında “Həyatın içindən” verilişinin qonağı olub. Forum sədrinin fikrincə, islamofobiyanın arxasında tarixi zərurətdən daha çox manupilyasiya xarakterli əməllər gizlənir. Onun sözlərinə görə, bu proseslərin arxasında Avropada olan 3 düşüncə dayanır:
“Birincisi, müsəlmanların nüfuzu Avropada durmadan artır. Proqnozlar səslənir ki, artıq 2050-ci ildə Avropa müsəlmanların tam nəzarətində olacaq. İkincisi, müsəlmanlar Avropa dəyərlərini qəbul etmirlər. Onların dəyərləri Avropanın liberal dəyərlərinin əksi olan bir dəyərlərdir.
Üçüncüsü isə bu dəyərləri qəbul etməyincə terrora əl atırlar və bunu sanki islam mədəniyyətinin ayrılmaz bir hissəsi kimi təqdim edirlər. Və məhz bu üç xüsusiyyət üzündən söyləyirlər ki, müsəlmanlar Avropanın gələcəyi üçün bir təhlükədirlər”.
O, əldə etdiyi rəqəmləri açıqlayıb: “Məsələn, ictimai rəyə əsasən, Fransa əhalisinin 31 faizi müsəlmandır. Realda isə 7,5 faizdir. Eyni göstəricilər Almaniyada 19 və 5,8 faizdir. İngiltərədə 21 faiz göstərilsə də, müsəlmanların gerçək sayı 4,8 fazidir. Yəni guya müsəlmanların Avropada tezliklə çoxluq təşkil etmələri barədə söylənilənlərin arxasında heç bir əsas yoxdur”.
COMMENTS