Elvin Məmmədov: “Komandada inkişaf var”

Elvin Məmmədov: “Komandada inkişaf var”

“Səbail”in məşqçisi Elvin Məmmədov Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

DOSYE.ORG xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

– Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. “Qarabağ” həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda “Qarabağ”la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq.

– “Səbail” qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır?

– Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün “Qarabağ”a qarşı layiqli mübarizə apardıq. (sportal.az)

COMMENTS