Elza Seyidcahan Zaur Kamalı məhkəməyə verir?

Elza Seyidcahan Zaur Kamalı məhkəməyə verir?

“Yaxın günlərdə aparıcı Zaur Kamal həmkarı Çiçəyə (Şəhla Vakkas) “Deşik-deşik həyata” şeirimi verir ki, oxusun. Zaur dostumuzdur, Çiçək də tanışdır. Onlarla dostluğumuz olmasaydı, şikayət edərdim, bir həftə verilişləri bağlı qalar, beş min manat cərimə olunardılar”.

Bu sözləri Teleqraf.com-a əməkdar artist Elza Seyidcahan deyib.

Buna səbəb Zaur Kamalın aparıcılıq etdiyi verilişdə şeirin sözlərinin dəyişdirilərək Elza Seyidcahan imzası ilə oxunması olub: “Şikayət etmədim. Mənim adımdan “Deşik-deşik dünyaya” şeirimi Çiçəyə verir ki, oxusun. Camaat da elə bilir ki, şeir tamamilə Elza Seyidcahanındır. Bu, mənim şeirim deyil.

Mən şeirimdə nöqtəmə, vergülümə cavabdehəm. Yuxusuz gecələr keçirmişəm, redaktə etmişəm. Çiçək də şeiri Elza Seyidcahan adından romantik oxuyur. İnsanlar da qeyd etdiyim kimi, elə bilirlər ki, mən yazmışam. Bu, məhkəməlikdir.

Verilişlərdə müğənniləri aşağılamaq olmaz. Zaur Kamal deyir ki, Elza Seyidcahanın şeirinə zarafatyana yanaşmışıq. Mən onların dostluğuna hörmət etdiyim üçün məhkəməyə vermədim”.

DOSYE.ORG

COMMENTS