Emil Balayev üçün növbəti oyun

Emil Balayev üçün növbəti oyun

Qazaxıstan Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” səfərdə “Aktobe” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana daxil olan 25 yaşlı qapıçı 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 14 oyundan “Tobol” 32 xalla “Astana” ilə birgə 1-2-ci pillələri bölüşdürür.

DOSYE.ORG

COMMENTS