Emil Balayevin yeni klubu -Azərbaycanda!

Emil Balayevin yeni klubu -Azərbaycanda!

Millimizin qapıçısı Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.

Qol.az football24.az saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Premyer Liqa təmsilçisi “Zirə” ilə müqavilə imzalayıb. Onun bu mövsümün sonuna kimi Bakı klubunda oynayacağı vurğulanıb.

“Zirə” klubundan Qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, E.Balayev bu qış “Tobol”u tərk edib. O, bu ay Norveçin “Bude-Qlimt” klubuna keçməyə yaxın olsa da, bu transfer maliyyə məsələləri səbəbindən alınmayıb.

DOSYE.ORG

COMMENTS