“Emilin “Barselona”da yox, Qazaxıstanda oynaması realdır”

“Emilin “Barselona”da yox, Qazaxıstanda oynaması realdır”

Qazaxıstanın sports.kz saytı “Tobol”dan ayrılan millimizin qapıçısı Emil Balayev haqda yazıb.

Qol.az xəbər verir ki, yazıda 25 yaşlı qolkiperin karyerasını harada davam etdirə biləyi ilə bağlı bunlar qeyd olunub:

“Ötən il çempionatımızın ən yaxşı qapıçılarından biri olan  və “Tobol”dan ayrılan Emil Balayevi 2020-ci ildə Qazaxıstanda görməmək mümkündür. Burada hər şey əvvəlki nümunələrdə olduğu qədər birmənalı deyil. Emilin menecerlərinin sözlərinə əsasən, onlar istedadlı qapıçını “Barselona”ya göndərə biləcəklərini iddia edə bilərlər. Ancaq bu, faktdır ki, onun Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan birinə keçməsi kifayət qədər realdır. Ona görə də hazırda hadisələri qabaqlamaq istəmirik”.

Qeyd edək ki,  yanvarın 31-i  “Tobol”dan ayrılan Emil hazırda klubsuzdur.

DOSYE.ORG

COMMENTS