Emin Əmrullayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Emin Əmrullayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Elm və təhsil naziri Emin Əmrullayevin martın 15-də Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən Modern.az-a bildirilib ki, qəbul martın 14-də keçiriləcək.

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının “edu.gov.az/az/contact_us” bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

COMMENTS