Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu

Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

DOSYE.ORG “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Ərəbxana kənd sakini 1988-ci il təvəllüdlü Seyran Malayev suda boğularaq ölüb.

Bildirilir ki, Seyran yaşadığı evin yaxınlığında olarkən epilepsiyası tutub. Qıcolma keçirən şəxs ağzıüstə yolun kənarındakı su kanalına düşüb.

Kanaldakı suyun hündürlüyü 40-50 santimetr olsa da, S.Malayev çevrilə və ya ayağa qalxa bilməyərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS