Gümrü hərbi bazasının əsgəri, yanvarın 12-də 7 nəfərlik erməni ailəsini qətlə yetirən (6 aylıq yaralı körpə bir neçə gün sonra ölüb) Valeri Permyakovun cinayət işi qapadıla bilər.
Musavat.com erməni qaynaqlarına istinadən xəbər verir ki, belə bir ehtimalla, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns çıxış edib.
Onun sözlərinə görə, Rusiya tərəfi cinayət işi ilə bağlı öz bəyanatları ilə mahiyyət etibarilə göstərir ki, heç bir halda imkan verməyəcək ki, Permyakov məhkəmə qarşısına çıxsın və zərərçəkmiş tərəfin hüquqi şəxsləri ona suallar vermək imkanında olsunlar, məhkəmə istintaqı getsin.
Hüquq müdafiəçisi əmindir ki, Permyakovun anlaqsız olması bəhanəsi ilə iş qapadılacaq. “Böyük şübhə var ki, cinayət açılmayacaq. Problem ondadır ki, həmişə qeyd elədiyimiz kimi, bu cinayət işində motiv yoxdur. Rusiya tərəfi də görəndə ki, heç bir ağıllı, məntiqli motiv ortada yoxdur, ən yaxşı variant kimi ümumiyyətlə, Permyakovu anlaqsız elan edib işi bağlamaq qərarı verəcək” – əlavə edib qurum təmsilçisi.
COMMENTS