“Bakı Ermənistanla savadsız informasiya müharibəsi aparır”. Bunu “Sputnik-Armeniya” radiosunun efirində hansısa Anjela Əlibəyova bildirib.
Qadın özünü Cənubi Qafqaz geosiyasəti üzrə ekspert kimi təqdim edir. Anjelanın fikrincə, Azərbaycan jurnalistikasının səhvi ondadır ki, öz materiallarını erməni qavrayışının özəlliklərini nəzərə almadan hazırlayırlar.
Yəni xanım bir sürü gəlişi gözəl söz yığını irad edib. Ekspert xanımciyəz bu məsələdə, yumşaq deyilsə, palçığa batıb. Bizim Ermənistan barədə yazılarımızın hamısı erməni mətbuatının dərc etdiyi faktlara əsaslanır. Biz yalnız onları şərh edirik. Əgər erməni mətbuatı yazırsa ki, Serj Sarkisyanı prezident vəzifəsindən qovmaq lazımdır, biz belə məlumatları heç bir şərh olmadan veririk. Ermənistanda yaşanan iqtisadi fəlakət, işsizlik, bahalaşma, yoxsulluq, mühacirət barədə bütün faktları biz erməni qəzet və saytlarından əldə edirik.
Hətta Anjela Əlibəyova özü də radiostansiyaya müsahibəsində iddia edib ki, erməni oxucusunun “savadlı” olmasına baxmayaraq, Azərbaycan tərəfinin yaydığı məlumatları oxuyub paylaşan müəyyən kütlə var. Deməli, bizi Ermənistanda oxuyurlar. Yəni bu, jurnalist üçün əsas məsələdir.
Mən xanım Əlibəyovaya məsləhət görərdim ki, Azərbaycan mətbuatına dərs keçməsin. O, öz işini yaxşı bilir. Amma daha yararlı işlərlə məşğul ola bilərdi. Məsələn, biz artıq yazmışıq ki, bir sıra gender ekspertləri seksuallığa görə erməni qadınlara MDB üzrə 8-ci yeri verib. Amma erməni “sevgi ilahələrinin” gecə-gündüz çalışdığı Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən, Rusiyadan və başqa ölkələrdən gələn rəylərə görə, erməni qadınlar daha yüksək yerlərə layiqdirlər. Xanım Anjela Əlibəyova getsin, onları birinci yerə çıxarmaq barədə düşünsün. Özü də onların özlərini bənzətməyə çalışdıqları və qürür duyduqları təmsilçisi – məşhur pornoulduz Kim Kardaşyan var. Ona görə də çalışıb birinci olsunlar – Azərbaycan mətbuatı söz verir ki, bu barədə mütləq yazacaq.
COMMENTS