Ermənistan hərbi qüvvələri bir neçə saatdır ki, cəbhənin müxtəlif istiqamətlərindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutublar.
Modern.az saytının cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, Ermənistanın bu addımı mülki insanlarımızı narahat etmir.
İnsanlarda böyük ruh yüksəkliyi var və onlar torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hərbçilərimizin yanındadırlar.
Əldə etdiyimiz son məlumata görə, təmas xəttinin Tərtər istiqamətində ordumuz düşmənə ağır zərbə endirib. Hətta bu cür qarşılıqlı cavab gözləməyən erməni hərbçilər Ağdərədən qaçırlar.
COMMENTS