Erməni hərbçilərinin qalıqları qarşı tərəfə verildi

Erməni hərbçilərinin qalıqları qarşı tərəfə verildi

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha yeddi erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Hərbi qulluqçulardan beşinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 539-a çatıb.

COMMENTS