Tarixdə ilk dəfə olaraq erməni kilsəsində müsəlman və türklərə dua edilib.
Bu barədə Türkiyənin haber3 saytına istinadən xəbər verir. Ötən bazar günü İstanbuldakı Yaşılköy erməni kilsəsində İstanbul erməni partiarxlığının arxiyepiskopu Aram Atəşyanın rəhbərliyi ilə keçirilən ənənəvi bazar ibadətinin sonunda 100 il öncə Çanaqqalada şəhid olmuş insanlar üçün dualar edilib.
A.Atəşyan bildirib ki, onlar dinindən, millətindən asılı olmayaraq Çanaqqalada həlak olmuş bütün şəhidlərə – xristianlara, müsəlmanlara, yəhudilərə, hətta ateistlərə də dua edirlər. Mərasimə Bağırköy bələdiyyə başqanı Bülənt Kərimoğlu da qatılıb. O, erməni icmasının “Böyük Oruc” münasibətilə təşkil etdiyi iftar süfrəsində iştirak edib.
COMMENTS