Erməni qadın deputatdan Sərkisyana MESAJ: “Özümüzü müxalifət elan edirik”

“Çiçəklənən Ermənistan” Partiyasının növbədənkənar qurultayında bu siyasi təşkilatın sədrliyindən istefa verən Qaqik Tsarukyan siyasətdən getdiyini də bəyan edib.

Bundan sonra “Çiçəklənən Ermənistan” Partiyasının sədri seçilən deputat Nair Zoqrabyan isə yeni açıqlamaları ilə diqqət çəkib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sözügedən partiyanın yeni lideri seçilən Naira Zoqrabyan “Çiçəklənən Ermənistan” Partiyası artıq özünü müxalifət elan edib. Onun sözlərinə görə partiya yeni taktika, yol xəritəsi hazırlamağa çalışmalıdır.

“Bunun üçün isə vaxt lazımdır. Partiyada olan məsələlər ətraflı təhlil ediləcək”,-deyə o qeyd edib.

COMMENTS