Rusiyanın Mineralnı Vodı şəhərindəki karaoke barında dava düşüb.
Axar.az izvestiya.az-a istinadən xəbər verir ki, dava nəticəsində rus ordusunun xüsusi təyinatlı hərbçisi Dmitri Sidorenko öldürülüb.
Məlumata görə, davada iştirak edənlərdən 5-i xüsusi təyinatlı, 4-ü isə yerli sakin olub.
Dava öldürülən hərbçinin barda əyləşən yerli sakinlərlə mübahisəsi nəticəsində baş verib.
İnsident zamanı 23 yaşı erməni Mixail Qriqoryan bıçaqla Sidorenkonun sinəsinə zərbə endirib. Sonuncu yerindəcə keçinib.
Polis davada iştirak edən 2 yerli sakini və 4 xüsusi təyinatlını saxlayıb. Qriqoryan və onunla olan digər sakin isə qaçmağa müvəffəq olub.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS