Gürcüstanın Marneuli rayonunu sakinləri olan Nadir və Şahin Bədiyev iyulun 21-i səhər saatlarında Ermənistan sərhədçiləri tərəfindən iki ölkə sərhəddində saxlanılıblar.
Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu haqda Sadaxlı kənd icra nümayəndəsi Eldar Məmmədov bildirib. Onun sözlərinə görə, çayda üzərkən təsadüfən Ermənistan ərazisinə keçən azərbaycanlılar artıq geri qaytarılıblar.
“Onlar təsadüfən sərhəddi keçiblər. Erməni sərhədçilər onları saxlayaraq, dindiriblər. Gürcüstan sərhədçilərinin zəngindən sonra isə sərbəst buraxıblar. Onlara heç cərimə də yazmayıblar”.
Eldar Məmmədovun sözlərinə görə Nadir və Şahin Bədiyevlər artıq öz evlərindədirlər.
COMMENTS