ABŞ -da yaşayan erməni seks model Kim Kardaşyan qızı Nort və bacıları Hloe və Kayli ilə qəzaya düşüb.
Bu haqda məlumatı TMZ saytı yayıb.
Məlumata görə, qəza hadisəsi Montana ştatında dağda qeydə alınıb. Qəzaya səbəb kimi isə yolun buz bağlaması göstərilir. Kim Kardaşyanın bacısı Hloenin idarə etdiyi qara rəngli “Yukon GMC” avtomobili sürüşərək yolun kənarına düşüb. Qəzaya isə qarşı tərəfdən gələn yük avtomobili səbəb olub. Onun təkərinin altıdan çıxan qar maşının qabaq şüşəsini tutaraq yolun görünməsini çətinləşdirib. Bu zaman Hloe yolu görmədiyindən idarəetməni itirib. Nəticədə avtomobil qarşı yola çıxıb, sonra isə kiçik bir çuxura yuvarlanıb.
Polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar.
Qəza zamanı zərərçəkənin olmadığı deyilir.
Kim özünün “Twitter” səhifəsində Tanrıya onları xilas etdiyinə görə minnətdarlıq edib.(AzNews.az)
COMMENTS