Qarabağda rus sülhməramlılarının himayəsində fəaliyyətlərini davam etdirən erməni separatçı tör-töküntüləri Xocalı rayonunun Təzəbinə, Hovsepavan (Xocalı şəhəri yaxınlığında yerləşən kənd), Daşbulaq və Ballıca kəndlərində 700 yeni evin tikintisinə start verib.
Yenipress.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Bildirilib ki, yeni inşa ediləcək evlərə işğaldan azad edilmiş Şuşanın Daşaltı, Xocavəndin Azıx və Zoğalbulaq, Xocalının Baharlı, Sığnaq, Mədətkənd, Dəmirçilər kəndlərindən qaçmış erməni ailələr yerləşdiriləcək.
DOSYE.ORG
COMMENTS