Top.Mail.Ru

“Ermənilər əsl soyqırımı Anadolunun şərqində törədib”

“Ermənilər əsl soyqırımı Anadolunun şərqində törədib”

ABŞ Senatının qondarma erməni soyqırımını tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir və hüquqi əsas daşımır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Zeybək Azərtac-a müsahibəsində bildirib.

Ötən əsrin əvvəllərində erməni millətçilərinin və din xadimlərinin Osmanlı dövlətinə qarşı böyük bir xəyanət planı həyata keçirdiklərini diqqətə çatdıran Namiq Kamal Zeybək deyib:

“Ermənilər əsl soyqırımını Anadolunun şərqində – Naxçıvanda, Azərbaycanın digər bölgələrində törədiblər. Ötən əsrin əvvəllərində bu cinayətləri erməni silahlı birləşmələri həyata keçirirdilər. 1918-ci ildən sonra isə bu cinayətləri terrorçu Ermənistan dövləti davam etdirməyə başladı. Həmin vaxtdan bu günədək Ermənistan Azərbaycana qarşı soyqırımı, deportasiya və hərbi işğal kimi bəşəri cinayətlər törədib. Əgər ABŞ senatorları kimin haqlı, kimin haqsız olduğunu, kimin soyqırımına məruz qaldığını həqiqətən bilmək istəyirlərsə, bütün bu gerçəklikləri öyrənsinlər”.

DOSYE.ORG

COMMENTS