Ermənilər Ağdam istiqamətində yanğınlar törədir

Ermənilər Ağdam istiqamətində yanğınlar törədir

Ermənilərin Ağdam istiqamətində törətdikləri yanğınlar bu gün axşam saatlarında yenidən vüsət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən hərbiçiləri rayonun işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə növbəti dəfə od vurublar.

Axşama doğru qeydə alınan alov qısa müddət ərzində genişlənərək təmas xəttini aşıb. Gecə saatlarında isə yanğınların daha da genişlənməsi müşahidə olunub.

Cəbhəyə yaxın yaşayış məntəqələrində baş verə biləcək hər hansı xoşagəlməz hala qarşı tədbirlər görülür.

COMMENTS