Ermənilər aksiyanı davam etdirir- Bu dəfə Gümrü- Armavir yolunu bağladılar

Ermənilər aksiyanı davam etdirir- Bu dəfə Gümrü- Armavir yolunu bağladılar

Tovuzqaladakı (Tavuş) aksiyalara dəstək məqsədilə Gümrü-Armavir yolunda da aksiya keçirilib. 

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Məlumatda deyilir ki, tavuşlularla həmrəylik əlaməti olaraq Gümrü-Armavir avtomobil yolu bağlanıb. Ermənilər bunun adını “Tavuş- vətən üçün” hərəkatı qoyublar.

Məlumatda qeyd edilir ki, əraziyə dərhal polis qüvvələri cəlb olunub və magistralın açılması istiqamətində tədbirlər görülüb.

COMMENTS