Ermənilər “Azadlıq” meydanında mitinq keçirmək istəmir

Ermənistanda elektrik enerjisinin qiymətinin artılımasına etirazları təşkil edən “Soyğunçuluğa yox!” təşəbbüs qrupu iyulun 9-da Yerevandakı “Azadlıq” meydanında mitinq keçirməkdən imtina edib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu hərəkatın koordinasiya qrupunun üzvü Vaqinak Şuşanyan deyib. Bununla belə, o ayrıayrı qrupların həmin meydanda aksiya keçirəcəyini istisna etmir.

Onun sözlərinə görə, “Soyğunçuluğa yox!” təşəbbüs qrupu fəaliyyətini dayandırmayıb, hazırda vilayətlərdə ictimaiyyətlə müzakirələr aparılır. Hərəkat iyulun 14-də Ermənistanın Baş Prokurorluğu qarşısında iyunun 23-də güc tətbiq edən polislərin cəzalandırılması tələbi ilə aksiya keçirməyi planlaşdırır.

COMMENTS