Ermənilər təşvişə düşdü: Qarabağla bağlı gizli sənəd – FOTO

Ermənilər təşvişə düşdü: Qarabağla bağlı gizli sənəd – FOTO

Münhen görüşündə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunduğu bildirilir.

DOSYE.ORG xəbər verir ki, Bakı ilə İrəvan arasında razılaşdırıldığı iddia edilən gizli sənəd ortaya çıxıb. Erməni jurnalist Armen Aşotyan sosial şəbəkədə mətnin əks olunduğu görüntüləri yayıb.

Mətndə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı qeyd olunub. Həmçinin sənəddə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və oradakı işlərin Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb.

Sosial şəbəkələrin erməni seqmentində paylaşılan sənəd Ermənistanda ciddi müzakirələrə yol açıb. Ermənistan mətbuatı sözügedən sənədi İrəvan hakimiyyətinin Azərbaycan qarşısında məğlubiyyəti kimi qiymətləndirirlər. / modern.az

COMMENTS