Top.Mail.Ru

Ermənilər yenidən Tovuzun bu kəndlərini atəşə tutdu

Ermənilər yenidən Tovuzun bu kəndlərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Bunu Axar.az-a açıqlamasında Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Onun sözlərinə göə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

***

14 iyul tarixində saat 14:28 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində artilleriya qurğularından atəş açılıb.

Kənd sakinləri arasında yaralanma və xəsarətalma halları yoxdur.

DOSYE.ORG

COMMENTS