Ermənilərdən növbəti kələk

İrəvan Saakyanın dili ilə həmsədr ölkələrin prezidentlərini Dağlıq Qarabağa çağırtdırdı

 

Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları – ABŞ prezidenti Barak Obamanı, Rusiya prezidenti Vladimir Putini və Fransanın dövlət başçısı Fransua Ollandı Azərbaycanın bu bölgəsinə səfərə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Saakyan “Amerikanın Səsi”nə müsahibəsində deyib:
“Bizim fikrimizcə, bir ölkənin taleyi ilə məşğul olan həmsədr dövlətlərin rəhbərləri bu ölkənin xalqı ilə birbaşa ünsiyyətdə olmadan ciddi uğurlar əldə edə bilməzlər. Biz bu gün hesab edirik ki, beynəlxalq ictimaiyyətin reallaşdırdığı cəmiyyətlə işində ən böyük çatışmazlığı məhz budur”.
Saakyanın bu bəyanatından sonar Fransanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın bəzi şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib ki, bəzi yerli özünüidarəetmə orqanlarının təşəbbüsləri Parisin mövqeyini heç cür dəyişmir.

O bildirib ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, münaqişənin siyasi və diplomatik həlli yolunu tapmağa tamamilə sadiqdir: “Minsk Qrupu çərçivəsində və danışıqlara yeni təkan vermək üçün Fransa prezidenti may ayında Bakıya və İrəvana etdiyi səfəri zamanı öz erməni və azərbaycanlı həmkarlarına münaqişənin həlli yollarını müzakirə etmək üçün bu payız Parisdə bir araya gəlmələrini təklif etmişdi”.

Ekspertlər Saakyanın bu çağırışını prezidentlərin Paris görüşü ərəfəsində Ermənistanın yeni hiyləei hesab edirlər. Onların fikirincə, İrəvan bu sərsəm çağırışı “DQR prezidenti”nin dili ilə səsləndirməklə, Paris görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəfin də olması fikrini növbəti gündəmə gətirmək cəhdi güdür. Ancaq Saakyanın bu çağırışı rəsmi çağırış kimi qəbul edilməyəcək və bunun Qarabağ məsələsi ilə bağlı gedən prosesə heç bir təsiri olmayacaq.

COMMENTS