Top.Mail.Ru

Erməniləri dəli edən YAZI: “Azərbaycana xoş gəlmişsiniz” – VİDEO

Erməniləri dəli edən YAZI: “Azərbaycana xoş gəlmişsiniz” – VİDEO

RİA “Novosti” Azərbaycan-Ermənistan sərhədindəki de-fakto vəziyyəti lentə alıb.

Martın 7-də Sünik bölgəsinin Şurnuxu kəndində Azərbaycan bayrağı ən yüksək dirək üzərində ucaldılıb.

Ermənilərlə 300-400 metr məsafədə qurulan Azərbaycan Silahlı Qüvvələrinin postlarının birbaşa qarşısında bayraqlar qaldırılır.

Azərbaycana aid olan bölgəyə girişdə “Azərbaycan xoş gəlmişsiniz” banerləri qoyulub.

Qeyd edək ki, Qarabağdakı döyüş əməliyyatlarından sonra Azərbaycan-Ermənistan sərhədinin cənubunda demarkasiya işləri aparılıb. Azərbaycanın ərazisinə daxil olan ermənilər geri çəkilməyə məcbur edilib və Sünik bölgəsinin sərhəd yaşayış məntəqələrindən bəziləri boşaldılaraq əsgərlərimizə təhvil verilib. Vəziyyət Qafan-Gorus magistral yolunun bir hissəsi, Çakaten, David Bek, Vorotan, Nerkin Xndzoresk bölgələrində də şamil edilir.

Zümrüd

COMMENTS