Ermənilərin 63%-i Rusiya ilə birləşmək istəyir

Ermənistan sakinlərinin 60%-dən çoxu hər hansi bir ölkə ilə birləşmək zərurəti olacağı təqdirdə Rusiyanı seçəcəklərini bildirib.

Azvision.az xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri göstərib.

““Ermənistan hansı ölkə ilə birləşməlidir” sualına cavabında respondentlərin 63 faiziRusiyanın adını çəkib.

Ermənilərin 27% -i isə ölkələrinin heçkimlə birləşməməli olduğunu vurğulayıb.Rəyi soruşulan ermənilərdən 7% Avropa ölkələrinə, 3% Gürcüstana, 3% Belarusa, 3% Qazaxıstana, 1% isə Ukrayna lehinə səs verib”, – deyə “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Sorğuda iştirakedən şəxslərin 45%-i bildirib ki, Rusiya əleyhinə sanksiyalar, neftin qiymətinin aşağıdüşməsi və rublun dəyərsizləşməsi birmənalı olaraq onların ailələrinin yaşayışına mənfi təsir göstərir.

Bundan əlavə ermənilərin 88%-dən çoxu Rusiya əleyhinə sanksiyaların ümumilikdə Ermənistan iqtisadiyyatına mənfi təsir etdiyini xüsusilə vurğulayıb.

COMMENTS