Ermənilərin 90 faizi Paşinyandan narazıdır -Kəndlərin qaytarılmasının əleyhinədir

Ermənilərin 90 faizi Paşinyandan narazıdır -Kəndlərin qaytarılmasının əleyhinədir

Ermənistan vətəndaşlarının 10%-dən də az hissəsi Baş nazir Nikol Paşinyanın fəaliyyətini qənaətbəxş hesab edir.

“AzPolitika” xəbər verir ki, GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin bu gün yayımladığı hesabatda belə deyilir.

Təşkilatın keçirdiyi sorğunun nəticələrinə görə, ermənilərin böyük əksəriyyəti Paşinyanın Azərbaycanla sərfəli sülh müqaviləsi bağlaya biləcəyinə inanmırlar: “Respondentlərin yalnız 8%-i Ermənistanın baş nazirinin fəaliyyətini müsbət hesab edir. Onların 8%-i Ermənistan hakimiyyətinin Azərbaycanla respublikanın maraqlarına cavab verəcək sülh sazişi imzalamağa qadir olduğunu bildirib”.

Ermənilər işğaldakı kəndlərimizin geri qaytarılmasının da əleyhinədirlər: “Vətəndaşların 90 faizi Tavuş kəndlərinin(?) təhvil verilməsinə qarşıdır. 2.9% bunun mütləq məqbul olduğunu söylədi. Qismən məqbul deyənlər 6 faiz olub. 79,7 faiz bunun tamamilə qəbuledilməz olduğunu, 3,6 faiz cavab verməkdə çətinlik çəkdiyini bildirib. Ümumilikdə təxminən 90 faiz bu yanaşmanın qəbuledilməz olduğuna inanır”.

Bu sorğunun nəticələri növbəti dəfə ermənilərin nə dərəcədə “ədalətli və sülhsevər” olduqlarını və Qarabağdakı məğlubiyyətdən hələ də dərs çıxarmadıqlarını göstərmiş olub.

COMMENTS