İrəvanda keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb.
Ermənistanda başlayan “Talana son” şüarı ilə keçirilən böyük etiraz aksiyasının qarşısı alınıb.
ANS PRESS-in məlumatına görə, azadlıq meydanına yığışaraq hökumətin istefasını tələb edən nümayişçilərə qarşı güc tətbiq edilib və saxlanılanların olduğu bildirilir.
Elektrik enerjisi qiymətlərinə qarşı keçirilən oturak aksiya səhər saatlarında İrəvan polisi tərəfindən dağıdılıb.
Enerji tarifinin artımı ilə bağlı aksiya keçirənlər polisə müqavimət göstərməyə çalışsalar da, 15 dəqiqə ərzində hüquq-mühafizə orqanı əməkdaşları öz istəklərinə nail olublar.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda minlərlə etirazçı elektrik enerjisi qiymətlərinin artmasına qarşı çıxırlar.
COMMENTS