ABŞ-da yaşayan məşhur erməni milyarderi Kirk Kerkoryan ölüb.
Bu barədə “USA Today” nəşri milyarderin sahibi olduğu “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin rəsmi məlumatına istinadən bildirib.Qeyd edilir ki, Kerkoryan Las-Veqas qumarxanalarının yaradılmasında həlledici rolu oynayıb və Beverli-Xillzin ən zəngin sakinlərindən biri idi. 2012-ci ildə onun sərvəti 3,3 milyard dollar qiymətləndirilirdi.
98 yaşındakı erməni milyarder müsahibələr vermir və açıq çıxışlar etmirdi.
“Bloomberg” agentliyi xatırladır ki, 2008-ci il dünya maliyyə böhranı milyarderə ciddi maliyyə itkiləri verib. Onun “Ford Motor Co” kompaniyasındakı səhmlərindən maliyyə itkiləri təxminən 600 milyon dollar olub. Milyarder həmçinin “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin səhmlərinin qiymətinin aşağı düşməsindən xeyli zərər çəkib.
COMMENTS