“Ermənilərin dostu” Avropa İttifaqı ölkələrinə səfər edə bilməyəcək

“Ermənilərin dostu” Avropa İttifaqı ölkələrinə səfər edə bilməyəcək

Rusiya Dövlət Dumasının qalmaqallı deputatı Vitali Milonovun Şengen vizası ləğv edilib – o Avropa İttifaqı ölkələrinə səfər edə bilməyəcək. Müvafiq qərarı Polşa hakimiyyəti verib. Vizanın ləğv edilməsi haqqında Milonov Finlandiyaya səfəri zamanı öyrənib.

“Polşa aldığı tənqidə görə qisas almağa qərar verib. Biz miqrantlar haqqında, Polşa haqqında film çəkmişik”, – “Znak.com” deputatın sözlərindən sitat gətirib.

Milonov bəyan edir ki, üzülmür. “Mənim xüsusi münasibətdə olduğum ölkələr Şengen zonasına daxil deyil – Mərkəzi Afrika Respublikası, Ermənistan, Livan, Mali. Finlandiyanı nəzərə almasaq, Avropaya çoxdan getməmişəm”.

Qeyd edək ki, ermənipərəst mövqeyi ilə tanınan Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirib, xüsusən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə bir neçə dəfə qanunsuz səfərlər edib.

DOSYE.ORG

COMMENTS