Top.Mail.Ru

Ermənilərin Gəncə terroru nəticəsində  iki uşaq anası görmə qabiliyyətini itirdi

Ermənilərin Gəncə terroru nəticəsində  iki uşaq anası görmə qabiliyyətini itirdi

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutması nəticəsində iki uşaq anası görmə qabiliyyətini itirib.

Bir neçə gün əvvəl düşmənin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ağır yaralananlardan biri də 26 yaşlı iki uşaq anası Pərvin Qasımovadır. O, şəhərə atılan raket nəticəsində uçmuş evinin dağıntıları altında qalıb və hər iki gözündən ağır xəsarət alıb.

P.Qasımova hadisə zamanı evdə tək olmayıb, onun iki körpəsi və anası da dağıntılar altında qalıb. Xoşbəxtlikdən körpələr ciddi xəsarət almayıb.

Həmin günü çox acı xatirə kimi qiymətləndirən P.Qasımova ermənilərin günahsız insanlara qarşı etdikləri bu vəhşiliyini pisləyib.

Qeyd edək ki, P.Qasımovanın müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

DOSYE.ORG

COMMENTS