Ermənilərin su təxribatı

Ermənilərin su təxribatı

Azərbaycandan hər sahədə geridə qalan Ermənistan bu reallıqla razılaşa bilmir.

 

Erməni tərəf hiylələrə əl atmaqda davam edir. Bir müddət bundan əvvəl sərhəd kəndlərə səfər edən Ermənistan prezidenti Serj Sarkisyan burada su anbarlarının tikiləcəyini bildirib. Belə olacağı təqdirdə isə Məzəm gölü qurumaq təhlükəsiylə qarşılaşa bilər. Qazax rayon İcra Hakimiyyətindən isə artıq bu cür hiylələrə qarşı tədbirlər görüldüyünü bildiriblər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yayılan xəbərlərə reaksiya verən Məzəm sakinləri bunun reallaşacağı təqdirdə suyun verilməsinə birbaşa nəzarətin qarşı tərəfdə olacağına, bunun da müəyyən çətinliklər yaradacağını bildirirlər.

Qazax rayon İcra Hakimiyyətindən isə artıq bu cür hiylələrə qarşı tədbirlər görüldüyünü deyirlər. Rayonu içməli su ilə təmin etmək məqsədi ilə yeni layihə hazırlanıb. Layihəyə əsasən, yeni artezian quyuları qazılaraq buradan çıxan su şəhəri və digər ətraf kəndləri içməli su ilə təmin edəcək.

Bir sözlə, günü-gündən geriləyən Ermənistan hər vəchlə ölkəmizə qarşı təxribatlar hazırlasa da, buna nail ola bilmir. Çox güman ki, bu cür vəziyyəti beynəlxalq qurumlar diqqətdən yayındırmayacaq.

COMMENTS