Rusiya plitoloqu Aleksandr Femenkov Rusiyadakı erməni terror qruplaşması ilə bağlı FSB-yə müraciət etdi
Dosye.org-un əldə etdiyi məlumata görə, bu günlərdə Rusiya politoloqu, yazıçısı və publisisti Aleksandr Femenkov Rusiya milli Təhlükəsizlik Nazirliyinə (FSB) müraciət edərək, Moskvada fəaliyyət göstərən Monte Melkonyan adına “Ayordeats Tun” adlı terrorist hazırlayan xüsusi məktəbin fəaliyyətinə nəzarət edilməsini rəsmi sürətdə xahiş edib.
Bu gün Rusiya FSB-sindən həmin məktuba cavab gələrək, sözü gedən məktəbin xüsusi diqqətə götürüldüyü bildirilib.
Terrorist Monte Melkonyanın adına olan terorist hazırlığı məktəbinin üzvləri Rusiyada çoxsaylı insanlara xəsarətlər yetirir və qətllər törədirlər. Ötən ilin sentyabr ayında Rusiayanın Stavropol əyalətində, Mineral sular adlanan yerdəki xəstəxanada ermənilərin özbaşınalığı və bir rus gəncin acımasız şəkildə döyərək qətlə yetirilməsi bunun sübutudur…
Qeyd edək ki, Monte Melkonyan ASSALA terror qruplaşmasının üzvü olub və məlumata görə, Ermənistanın sifarişi ilə Qarabağda törədilənlərin həvalə olunduğu terorist 1993-cü ildə, hələ Qarabağdakı döyüşlərdə həlak olub. Onu da nəzərinizə çatdıraq ki, BMT-nin Təhlükəsizlik Şurası ilə əməkdaşlıq edən və daim terrorla mübarizə apardığını bildirən Ermənistan ASSALA terror təşkilatını rəsmən maliyələşdirməklə yanaşı, həmin təşkilatın üzvü Monte Melkonyan Ermənistanın və Qondarma Dağlıq Qarabağ Respublikasının ölməz milli qəhrəmanı elan edilib. Qaarabağda və ermənistanda terroristin şərəfinə abidə qoyulub, onun adına məktəb, körpü, universitet və hətta futbol klubu fəaliyyət göstırir.
COMMENTS